Yuxarı
    Bağlamaq

    ​Yerevanda əsgər anaları etiraz aksiyası keçirib - FOTO

    Onlar ölkə prezidentindən vədinə əməl etməsini tələb edib

    Bakı. 4 iyun. REPORT.AZ/ Bu gün Ermənistan prezidentinin iqamətgahı qarşısında dinc şəraitdə ölən əsgərlərin anaları etiraz aksiyası keçirib.

    "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

    Akisya iştirakçıları ölkə prezidentinə onlara bir neçə il öncə verdiyi vədi xatırlatmaq istəyiblər. Onlar deyib ki,  Ermənistan prezidenti onlara övladlarının ölüm faktı ilə bağlı cinayət işlərinin açılacağını vəd edib. İndiyədək həmin cinayət işlərindən heç biri açılmayıb,

    Polislə aksiya iştirakıçıları arasında qarşıdurma yaranıb.

    Məlumata görə, ölən əsgərlərin valideynlərinin etiraz aksiyasını dəstəkləyənlər - mühəndis Vardqes Qaspari və rəssam Ara Petrosyan tutulub.

    Məlumatda bildirilib ki, həmin qadınlar səki ilə binanın qarşısına keçmək istəyib. Polis onları saxlayıb. Qadınlar polisin hərəkətinə etiraz ediblər. Onlara Vardqes Qaspari və rəssam Ara Petrosyan da qoşulub. Mübahisə düşüb və polis onları tutub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi