Yerevanda Ermənistan Müdafiə Nazirliyinin polkovnikinin avtomobilinə atəş açılıb

Yerevanda Ermənistan Müdafiə Nazirliyinin polkovnikinin avtomobilinə atəş açılıb Bakı. 14 noyabr. REPORT.AZ/ Yerevanda naməlum şəxslər Ermənistan Müdafiə Nazirliyinin polkovniki Karen Darbinyanın avtomobilinə atəş açıblar.
Region
14 Noyabr , 2018 12:04
Yerevanda Ermənistan Müdafiə Nazirliyinin polkovnikinin avtomobilinə atəş açılıb
0 : 00
0 : 00

Bakı. 14 noyabr. REPORT.AZ/ Yerevanda naməlum şəxslər Ermənistan Müdafiə Nazirliyinin polkovniki Karen Darbinyanın avtomobilinə atəş açıblar.

Bu barədə "Report" "Sputnik-Ermənistan"a istinadən məlumat verir.

Hadisədən sonra Ermənistan Müdafiə Nazirliyinin departamentlərindən birinin 53 yaşlı rəhbəri polisə zəng edərək olay barəsində xəbər verib. 

K.Darbinyan bildirib ki, saat 03:10 radələrində naməlum şəxs və şəxslər evin həyətində onun "Nissan Pathfinder" avtomobili istiqamətində atəş açıblar, avtomobilə ziyan dəyib.

İstintaq baş verən hadisəni araşdırır.

Son xəbərlər

Orphus sistemi