Bakı. 12 may. REPORT.AZ/ Yerevanın Malatiya-Sebastiya rayonu, Svaçyan küçəsində yerləşən binadakı mənzillərdən birində 1983-cü ildə anadan olan A.A.-nın meyiti asılmış şəkildə aşkarlanıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, baxış zamanı meyitin üzərində zorakılıq halı müşahidə edilməyib. Məsələ ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.
Qeyd edək ki, ötən gün Yerevanda mənzillərdən birində ata və oğuliun meyiti asılmış halda aşkar olunub.