Yerevanda bukmeker kontorlarının əməkdaşları etiraz aksiyası keçiriblər

Yerevanda bukmeker kontorlarının əməkdaşları etiraz aksiyası keçiriblər Ermənistan bukmeker kontorlarının əməkdaşları Yerevanda Baqramyan prospektini bağlayıblar.
Region
29 May , 2019 12:24
Yerevanda bukmeker kontorlarının əməkdaşları etiraz aksiyası keçiriblər

Ermənistan bukmeker kontorlarının əməkdaşları Yerevanda Baqramyan prospektini bağlayıblar.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, aksiya iştirakçıları onların fəaliyyəti ilə bağlı təqdim edilən qanun layihəsinə etirazlarını bildirirlər.

Parlamentin binası qarşısına toplaşan etirazçılar qurumun sədri Ararat Mirzoyanla görüş tələb ediblər.

Aksiyaçılar bildiriblər ki, bu qanun minlərlə insanın işsiz qalmasına səbəb olacaq.

Onlar yeni sistemə uyğunlaşmaq üçün ilyarım möhlət istəyirlər.

Qanun layihəsinə əsasən, oyun avtomatları və başqa əyləncəli oyunlar, o cümlədən totalizatorlar Saxkadzor, Sevan, Cermuk və Meqri də fəaliyyət göstərə bilər. Sənədə əsasən, tətbiq edilən qaydaları pozanlar cərimələnəcək.

Qeyd edək ki, layihənin müəllifi parlament sədrinin müavini Alen Simonyandır. Sənəd qanunverici orqanın İqtisadiyyat məsələləri üzrə komissiyasında qəbul edilib. Qanun layihəsində lotereya, əyləncəli oyunlar, oyun avtomatlarının istismarı və totalizatorların fəaliyyətinə nəzarətin gücləndirilməsi əks olunub. 

Son xəbərlər

Orphus sistemi