Yerevanda bir qrup şəxs sakinlərə hücum edib

Yerevanda bir qrup şəxs sakinlərə hücum edib Yerevanda kütləvi dava olub.
Region
13 Avqust , 2019 05:19
Yerevanda bir qrup şəxs sakinlərə hücum edib

Yerevanda kütləvi dava olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə Malatiya rayonunda baş verib. Rayonun polis bölməsinə müraciət edən sakin bir neçə nəfərin avtomobillərini onların evlərinin yanında saxladığını və vətəndaşlara qarşı nalayiq hərəkətlər etdiyini bildirib. Polisin apardığı araşdırma zamanı məlum olub ki, 4 nəfərdən ibarət qrup üzvləri Şaumyan küçəsindəki evin sahibi, onun həyat yoldaşı və oğlu ilə mübahisə edərək ictimai asayişi pozublar. O da məlum olub ki, polisə müraciət etmiş qadın evb sahibinin qızıdır. O, qarşı tərəfi qorxutmaq üçün qaz tapançasından atəş açıb. Hadisə zamanı istifadə edilmiş silah polisə təhvil verilib.

Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib. 

Son xəbərlər

Orphus sistemi