​Yerevanda bankın vəkili güllələnib

​Yerevanda bankın vəkili güllələnib Polis şübhəli barədə axtarış elan edib
Region
25 Noyabr , 2015 19:08
​Yerevanda bankın vəkili güllələnib

Bakı. 25 noyabr. REPORT.AZ/ Yerevanda "Anelik" bankının 32 yaşlı vəkili Ovanes Atanyan açılan güllə nəticəsində ölüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hadisə ilə bağlı "qətl" maddəsi ilə cinayət işi açılıb.

Xəbərdə bildirilib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin 54 yaşlı Yerevan sakini Mkrtiç olduğu müəyyənləşib. Polis şübhəli barədə axtarış elan edib. 

Son xəbərlər

Orphus sistemi