Bakı. 19 yanvar. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda “Bahalığa və vergilərin artırılmasına yox!” şüarı altında etiraz aksiyası keçirilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, etiraz aksiyasını “Çıxış” müxalifət bloku təşkil edib.
Yürüş şəhərin Şarl Aznavur meydanından başlamaqla “Moskva” kinoteatrı ətrafında keçirilib.
Qeyd edək ki, vergi 26 faizdən 28 faizədək artırılacaq.