Yerevanda avtobusun partlaması ilə bağlı ilkin rəsmi açıqlama yayılıb

Yerevanda avtobusun partlaması ilə bağlı ilkin rəsmi açıqlama yayılıb Həmin "trotil"in izi partlayan avtobusda aşkar edilib
Region
26 Aprel , 2016 14:41
Yerevanda avtobusun partlaması ilə bağlı ilkin rəsmi açıqlama yayılıb

Bakı. 26 aprel. REPORT.AZ/ "Yerevanda 63 saylı marşrut avtobusunu iki dəfə məhkum olunmuş Ermənistan vətəndaşının partlatdığı ehtimal edilir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Xidməti bildirib.

Məlumata görə, partladılan avtobusun yaxınlığından cib telefonu kartı aşkar edilib. Həmin kartın əvvəllər iki dəfə məhkum edilən Ermənistan vətəndaşına məxsus olduğu müəyyənləşib. Həmin şəxsin yaşadığı mənzildə aparılan axtarış zamanı oradan "trotil" partlayıcı maddə, detonator və müxtəlif elektron avadanlıq aşkar olunub. İddiaya görə, həmin "trotil"in izi partlayan avtobusda aşkarlanıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölənlərdən birinin kimliyi məlumdur. O birinin isə telefon kartının sahibi olduğu ehtimal olunur. DNT testi etmək üçün həmin cəsəddən nümunə götürülərək laboratoriyaya göndərilib.

Hadisənin törədilməsinin səbəbi araşdırılır. Bəzi məlumatlara əsasən, hadisə şəxsi motivdə törədilib. Partlayışı törədən bununla yaxınlarına maddi ziyan vurmaq istəyib.

Son xəbərlər

Orphus sistemi