Yuxarı

Yerevanda atışma olub

Yerevanda atışma olub

Bakı. 27 mart. REPORT.AZ/ Ermənitanın paytaxtı Yerevanda atışma olub.

"Report" "Shamshyan.com"a istinadən xəbər verir ki, hadisə dünən, yerli vaxtla saat 18:30-da, Çarenç küçəsində qeydə alınıb.

Hələlik atışma zamanı ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat verilmir. Hadisə ilə əlaqədar əraziyə polis əməkdaşları gəlib. Onlar ev 167-nin yaxınlığında gilizlər aşkar ediblər.

Silahlı qarşıdurmanın başvermə şəraiti və iştirakçıları araşdırılır.

Bu, ötən gün Yerevanda baş verən növbəti kriminal hadisədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi