Yerevanda ata və oğulun meyiti mənzildə asılmış vəziyyətdə aşkarlanıb

Yerevanda ata və oğulun meyiti mənzildə asılmış vəziyyətdə aşkarlanıb Hadisə ilə bağlı araşdıma aparılır
Region
11 May , 2017 09:52
Yerevanda ata və oğulun meyiti mənzildə asılmış vəziyyətdə aşkarlanıb

Bakı. 11 may. REPORT.AZ/ Yerevanda ata və oğulun meyiti yaşadıqları mənzildə asılmış vəziyyətdə aşkarlanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, hadisə paytaxtın Açaryan küçəsində baş verib. Ata və oğul uzun müddət onlara edilən telefon zənglərinə və mənzilin qapısının döyülməsinə cavab verməyiblər. Onların yaxınları vəziyyətlə bağlı dövlət orqanlarına məlumat veriblər. FHN əməkdaşları hadisə yerinə gedərək, xüsusi vasitələrlə mənzilə daxil olublar və oradan ata və oğulun asılmış meyitini aşkarlayıblar.

Hadisə ilə bağlı araşdıma aparılır. 

Son xəbərlər

Orphus sistemi