Yerevanda Avropa İttifaqı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilir

Yerevanda Avropa İttifaqı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilir Yerevanda Avropa İttifaqı nümayəndəliyinin qarşısında Ermənistanın Adekvad İctimai Birliyi tərəfindən başlanan etiraz aksiyası keçirilib.
Region
20 May , 2019 12:35
Yerevanda Avropa İttifaqı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilir

Yerevanda Avropa İttifaqı nümayəndəliyinin qarşısında Ermənistanın "Adekvad" İctimai Birliyi tərəfindən başlanan etiraz aksiyası keçirilib.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Aksiya iştirakçılarının əlində üzərində "Take your puppets back" ("Kuklalarınızı götürün!"), "Armenia under occupation" ("İşğal edilmiş Ermənistan!") yazılmış plakatlar var.

Təşkilat hesab edir ki, indiki baş nazir Nikol Paşinyan Ermənistanı dövlətçilik itkisinə aparan sabotajın yalnız ifaçısıdır, idarəetmənin əsas rıçaqları isə xarici agentlər şəbəkəsi vasitəsilə gizli sahiblərin əlindədir.

Son xəbərlər

Orphus sistemi