Yerevanda 8 yaşlı uşaq asılmış vəziyyətdə aşkarlanıb

Yerevanda 8 yaşlı uşaq asılmış vəziyyətdə aşkarlanıb Bakı. 24 fevral. REPORT.AZ/ Yerevanda 8 yaşlı uşaq asılmış vəziyyətdə aşkarlanıb.
Region
24 Fevral , 2019 02:56
Yerevanda 8 yaşlı uşaq asılmış vəziyyətdə aşkarlanıb

Bakı. 24 fevral. REPORT.AZ/ Yerevanda 8 yaşlı uşaq asılmış vəziyyətdə aşkarlanıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə Şenqavit rayonunda baş verib. Bildirilir ki, Ermənistanın İstintaq Komitəsinin Yerevan şəhərinin İstintaq İdarəsinin Şenqavit üzrə İstintaq Bölməsində 8 yaşlı uşağın ölümünün başvermə şəraitinin müəyyənləşdirilməsi üzrə materiallar hazırlanır.

İlkin məlumata görə, polis bölməsinə tibb mərkəzlərindən birinə 2010-cu il təvəllüdlü paytaxt sakininin ölü vəziyyətdə çatdırılması barədə məlumat daxil olub. Operativ-istintaq qrupu xəstəxanaya gedib.

Məlum olub ki, Şenqavitdə 18 yaşlı gənc 8 yaşlı qardaşının cəsədini asılmış vəziyyətdə aşkar edib. Hazırda azyaşlının ölümünün başvermə şəraitinin müəyyənləşdirilməsi üzrə istintaq aparılır.

Qeyd edək ki, Ermənistanda intihar cəhdlərinin sayı 20 faiz artıb.

Son xəbərlər

Orphus sistemi