Ermənistan paytaxtı Yerevan şəhəri yaxınlığındakı Qarnıyarıq dağının ətəyindəki yanğının sahəsi 10 dəfədən çox artaraq 150 hektardan 1,8 min hektara çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkənin
Qeyd olunur ki, dünən gecə yanğını lokallaşdırmaq mümkün olsa da, səhər yeni yanğın ocaqları aşkarlanıb.
Ermənistan FHN-in məlumatına görə, hadisə yerində regional xilasetmə şöbəsinin altı əməliyyat qrupu, yeddi yanğınsöndürmə-xilasetmə qrupu, Xüsusi Xilasetmə Mərkəzinin iki dəstəsi işləyir. Yanğının söndürülməsinə 82 xilasedici, 18 meşə təsərrüfatı işçisi və 100-ə yaxın yerli sakin cəlb olunub.