Yuxarı
    Bağlamaq

    Yerevan Şəhər Polis İdarəsinin rəisi işdən azad olunub

    A.Karapetyan Ermənistan polis rəisi Vladimir Qasparyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılıb

    Bakı. 8 avqust. REPORT.AZ/ Yerevan Şəhər Polis İdarəsinin rəisi, general-leytenant Aşot Karapetyan avqustun 8-dən etibarən tutduğu vəzifədən azad edilib.

    "Report" "News.am"a istinadən xəbər verir ki, A.Karapetyan Ermənistan polis rəisi Vladimir Qasparyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.

    Xatırladaq ki, xidməti araşdırma nəticəsində Ermənistan polisinin bir neçə əməkdaşı, o cümlədən A.Karapetyan intizam cəzasına məruz qalıb və o, şiddətli töhmət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi