Yerevan Şəhər Polis İdarəsinin rəisi işdən azad olunub

Yerevan Şəhər Polis İdarəsinin rəisi işdən azad olunub A.Karapetyan Ermənistan polis rəisi Vladimir Qasparyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılıb
Region
8 Avqust , 2016 18:02
Yerevan Şəhər Polis İdarəsinin rəisi işdən azad olunub

Bakı. 8 avqust. REPORT.AZ/ Yerevan Şəhər Polis İdarəsinin rəisi, general-leytenant Aşot Karapetyan avqustun 8-dən etibarən tutduğu vəzifədən azad edilib.

"Report" "News.am"a istinadən xəbər verir ki, A.Karapetyan Ermənistan polis rəisi Vladimir Qasparyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, xidməti araşdırma nəticəsində Ermənistan polisinin bir neçə əməkdaşı, o cümlədən A.Karapetyan intizam cəzasına məruz qalıb və o, şiddətli töhmət alıb.

Son xəbərlər

Orphus sistemi