Yuxarı

​Yerevanda polis Prezident Administrasiyasına yürüş edən 42 nəfəri saxlayıb - YENİLƏNİB

Polis aksiyaçılara qarşı zor tətbiq edib

Bakı. 23 aprel. REPORT.AZ/ Yerevan polisi Prezident Administrasiyasına yürüş edən aksiyaçıların qarşsını kəsərək onlara qarşı zor tətbiq edib. "Report"un məlumatına görə, paytaxt polisi 42 nəfəri saxlayıb.

Saxlanılanlardan bəzilərinin şəxsiyyəti hələ məlum deyil.

***00:03

Ermənistanın paytaxtı Yerevanda keçirilmiş yürüş zamanı polislə aksiyaçılar arasında qarşıdurma baş verib. Polis ölkə prezidentinin iqamətgahına yürüş edən aksiyaçılara qarşı zor tətbiq edib. "Report" "armtoday.info"ya istinadən xəbər verir ki, polis etirazçılara güc tətbiq edərək bir neçə aksiyaçını saxlayıb.

Məlumata görə, etiraz aksiyasının iştirakçıları öz tələblərinin yazıldığı bəyanatı prezident iqamətgahına təqdim etmək məqsədilə administrasiyanın binasına yürüş ediblər. Lakin prezident iqamətgahının qarşısında onları gözləyən polis qüvvələri yürüşün davam etdirilməsini icazə verməyib.

Nəticədə onlarla fəal aksiya iştirakçısı polis tərəfindən saxlanılıb. Saxlanılanlar arasında "Təsis parlamenti"nin üzvü Qaqik Saruxanyan da var. "Armenia today"in əlaqələndiricisi Arqişti Kiviryan da heç bir əsas olmadan polis bölməsinə aparılıbb.

Yerevan polisinin rəis müavini Valeri Osipyan bildirib ki, təntənəli yürüş qanunun tələblərinə əsaslanmır.

Hazırda Yerevanın ən böyük küçələrindən olan Baqramyanda xeyli sayda polis əməkdaşı cəmlənib. Erməni mətbuatı "qırmızı beret"lilərin vətəndaşları Baqramyanın prospektinə buraxmadığını, evlərinə gedən sakinlərə alternativ küçələrdən istifadəni məsləhət gördüyünü, hətta bəzi şəxslərin əsassız olaraq saxlanğını bildirib.

Yerli medianın yazdığına görə, polislər vaxtaşırı səkilərdə duran insanlara yaxınlaşaraq onları bölmələrə aparırlar.

Saxlanılanlar arasında həmçinin jurnalistlər də var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi