“Yerevan” Fondunda 4 milyon dollara yaxın mənimsəmə faktı aşkarlanıb

“Yerevan” Fondunda 4 milyon dollara yaxın mənimsəmə faktı aşkarlanıb Bakı. 9 avqust. REPORT.AZ/ Ermənistan Maliyyə Nazirliyinin “Yerevan” Fondunda apardığı yoxlama nəticəsində 1,8 milyard dram (3 milyon 750 min dollara yaxın) vəsaitin mənimsənilməsi faktı aşkarlanıb.
Region
9 Avqust , 2018 14:08
“Yerevan” Fondunda 4 milyon dollara yaxın mənimsəmə faktı aşkarlanıb

Bakı. 9 avqust. REPORT.AZ/ Ermənistan Maliyyə Nazirliyinin “Yerevan” Fondunda apardığı yoxlama nəticəsində 1,8 milyard dram (3 milyon 750 min dollara yaxın) vəsaitin mənimsənilməsi faktı aşkarlanıb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə  (vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti səlahiyyətlərdən dələduzluq etmək üçün yararlanmaq) cinayət işi başlanılıb.

Qeyd edək ki, “Yerevan” Fondu 2007-ci ildə təsis edilib. Fondun Himayədarlar Şurasının sədri aprel hadisələrindən sonra istefaya göndərilən Yerevanın keçmiş meri Taron Markaryan olub. Şuraya merin müavinləri, müşavirləri, meriya adminstrasiyasının katibi, idarə rəisləri, Ağsaqqalr Şurasının üzvləri daxildir. 

Son xəbərlər

Orphus sistemi