Yuxarı

Yerevan Dövlət Universitetinin tələbələri aclıq aksiyasına dəstək verməyə başlayıb - YENİLƏNİB

Aksiya iştirakçısı: “Biz ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qaşrı mübazirə aparırıq”

Bakı. 14 noyabr. REPORT.AZ/ Yerevan Dövlət Universitetinin İnformatika və tətbiqi riyaziyyat fakültələrinin tələbələri oturaq tətil keçirməyə başlayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar aclıq aksiyası keçirən tələbə yoldaşlarını dəstəklədiklərini bildiriblər.

İnformasiyaya əsasən, Ermənistan hakimiyyəti müstəqillik illərində təhsillə bağlı hərbi möhləti ləğv etməyə səy göstərsə də, buna nail olmayıb.


*** 12:17

Bakı. 14 noyabr. REPORT.AZ/ Yerevanda bir neçə gündür etiraz aksiyası keçirən tələbələrdən 5-i acılıq aksiyasına başlayıb.

“Report” Ermənstan KİV-inə istinadən xəbər verir ki, bunu “Elmin inkişafı naminə” təşəbbüsün koordinatoru David Petrosyan bildirib.

Aclıq aksiyası Yerevan Dövlət Universitetinin auditoriyalarından birində keçirilir.

“Biz, 5 tələbə aclıq elan edirik. Bununla da hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübazirəni davam etdiririk”, - o vurğulayıb.

Qeyd edək ki, noyabrın 7-dən Yerevan Dövlət Universitetinin tələbləri tətil elan ediblər və etiraz aksiyası keçirirlər. Noyabrın 13-də etiraz aksiyası yenidən bərpa olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi