Yerevan Dövlət Universitetinin rektoru istefa verib

Yerevan Dövlət Universitetinin rektoru istefa verib Yerevan Dövlət Universitetinin (YDU) rektoru Aram Simonyan tutduğu vəzifədən istefa verib.
Region
23 May , 2019 16:32
Yerevan Dövlət Universitetinin rektoru istefa verib

Yerevan Dövlət Universitetinin (YDU) rektoru Aram Simonyan tutduğu vəzifədən istefa verib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Gevorq Emin-Teryan “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, 2015-2018-ci illərdə universitetin 18 əməkdaşı Ermənistandan kənarda uzun müddətə müalicə olunublar. İstintaq onların adlarının faktiki işdə olan kimi qeydə alındığını aşkarlayıb. Universitet rəhbərliyinin bir sıra sui-istifadə halları aşkarlandığına dair xəbər yayılmışdı. Aparılan yoxlamalar nəticəsində YDU-nun fonduna, təxminən, 1,6 milyon dollar məbləğində ziyan dəydiyi məlum olub.

Xatırladaq ki, cari ilin fevralında YDU tələbələri rektor Aram Simonyanın istefasını tələb ediblər.

Son xəbərlər

Orphus sistemi