Yuxarı

Yerevan bankları dollar və avronun satışını dayandırıblar

Dolların kursu 540-560 dram həddində dəyişir

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 17-də gündüz saatlarında Yerevan bankları dollar və avronun satışını dayandırıblar, valyutadəyişmə məntəqələrində isə satış məhdud olub. Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.

Ermənistan KİV-i xəbər verir ki, bank binaları qarşısında böyük növbələr yaranıb. 

"Bizdə dolların kursu 540-560 dram həddində dəyişir. Hazırda nə bir dollar, nə bir avro var. Səhər cəmi 1000 dollar və 500 avro var idi", - banklardan birinin əməkdaşı bildirib. 

Yerevanın valyutadəyişmə məntəqələrində dolların satış məzənnəsi 590 dram, alışı 560 dram təşkil edir. Mübadilə edilən valyutanın məbləği 1500 dollardan artıq ola bilməz. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi