Yuxarı
    Bağlamaq

    Yens Stoltenberq: "NATO-Gürcüstan təlimləri beynəlxalq standartlara cavab verir"

    Təlimlər proporsional xarakter daşıyır

    Bakı. 15 noyabr. REPORT.AZ/ "NATO-Gürcüstan təlimləri beynəlxalq standartlara cavab verir".

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

    "Təlimlər proporsional xarakter daşıyır və beynəlxalq öhdəliklərimizə tam uyğundur", - deyə Y.Stoltenberq Brüsseldə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

    Xatırladaq ki, noyabrın 10-da Tbilisi yaxınlığındakı NATO və Gürcüstan birgə məşq və qiymətləndirilmə mərkəzinin (JTEC) ərazisində yerləşən "Vaziani" bazasında "NATO-Gürcüstan 2016" təlimləri başlayıb. Noyabrın 20-dək davam edəcək təlimlərdə 12 NATO üzvü və iki tərəfdaş ölkə iştirak edir. Təlimlərə ümumilikdə 250 hərbçi cəlb olunub.

    Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin bu gün yayılan bəyanatında Rusiyanın bu fəallıqda regionda sabitlik və sülh üçün ciddi təhlükə gördüyü bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi