​Yens Stoltenberg : "Rusiya qonşularını qorxudur"

​Yens Stoltenberg : "Rusiya qonşularını qorxudur" Baş katib: "NATO müttəfiqlərini bundan sonra da müdafiə edəcək"
Region
14 May , 2015 12:32
​Yens Stoltenberg : Rusiya qonşularını qorxudur

Bakı. 14 may. REPORT.AZ/ "NATO təhdidlərin artdığı mövcud şəraitdə öz müttəfiqlərini bundan sonra da müdafiə edəcək". "Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberg deyib.

NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin Türkiyədə keçirilən toplantısının ikinci günündə çıxış edən baş katib bildirib ki, alyansın şərqdə və cənubda qonşusu olan bölgələrdə artan təhlükələri müzakirə edirlər: "Şərqdə Rusiya sərhədini dəyişmək üçün güc tətbiq edib, qonşularını qorxudur. Cənub sərhədlərimizdə isə terrorçuluq və zorakılıq görünməz həddə çatıb". 

Son xəbərlər

Orphus sistemi