“Yeni Gürcüstan” siyasi təşkilatı yaranıb

“Yeni Gürcüstan” siyasi təşkilatı yaranıb Yeni birliyə siyasi partiyalarla yanaşı, qeyri-hökumət təşkilatları və fəal ictimai şəxslər də daxil olublar
Region
15 Avqust , 2017 15:45
“Yeni Gürcüstan” siyasi təşkilatı yaranıb

Bakı. 15 avqust. REPORT.AZ/ Gürcüstanda 15 təşkilat “Yeni Gürcüstan” Birliyi adlı ictimai-siyasi təşkilat yaradıb.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, yeni birliyə siyasi partiyalarla yanaşı, qeyri-hökumət təşkilatları və fəal ictimai şəxslər də daxil olublar.

“Yeni Gürcüstan” Birliyi maraqlı bütün insanları birliyə çağırıb.

Yaradılan yeni qurum müxalifətdə olan qərbyönümlü qüvvələri ilkin seçkilər keçirərək merliyə, şəhər şuralarına deputatlığa namizədlərini müəyyənləşdirməyə bir daha dəvət edib. 

Son xəbərlər

Orphus sistemi