Yeni dərs ili Gürcüstandaki Azərbaycan dilli məktəblərdə təntənə ilə qeyd edilib

Yeni dərs ili Gürcüstandaki Azərbaycan dilli məktəblərdə təntənə ilə qeyd edilib Məktəbə 15 ədəd kompüter hədiyyə olunub
Region
15 Sentyabr , 2017 09:40
Yeni dərs ili Gürcüstandaki Azərbaycan dilli məktəblərdə təntənə ilə qeyd edilib

Tbilisi. 15 sentyabr. REPORT.AZ/ Bu gün Gürcüstanda yeni dərs ili geniş qeyd olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, yeni dərs ili Gürcüstandaki Azərbaycan dilli məktəblərdə də təntənə ilə qeyd edilib.

Bu münasibətlə Azərbaycanın Gürcüstandaki səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları Tbilisi və Rustavi şəhərlərində, eləcə də Marneuli, Qardabani, Kaxeti, Bolnisi, Dmanisi və digər rayonlarda olub, soydaşlarımızı yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər.

Səfir Dursun Həsənov Tbilisinin mərkəzindəki M.F.Axundzadə adina 73 saylı məktəbdə olub. Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səslənib. 

Məktəbin direktoru Salman Pirməmmədoğlu bildirib ki, 1898-ci ildən fəaliyyət göstərən məktəb 1956-cı ildən bu məktəbdə yerləşir. Bu gün məktəbdə 250 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Şagirdlərin böyuk əksəriyyəti azərbaycanlılardır. Müəllimlərin 6-sı gürcüdur.

Direktor Gürcüstan və Azərbaycan dövlətlərinin məktəbə daim diqqət və qayğı göstərdiklərini vurğulayıb. O bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsu ilə məktəb əsaslı təmir olunub. Şagirdlərin burada normal təhsil almaları üçün butün normal şərait yaradılıb. Qeyd olunub ki, bu il məktəbi 18 məzun bitirib, onlardan da 14-ü tələbə adını qazanıb.

Sonra səfir Dursun Həsənov çıxış edib, məktəbin müəllimlərini, valideynləri, şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin Gürcüstanda yaşayan soydaşlarımıza xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi