Yəmənin keçmiş prezidentinin ölkə paytaxtındakı evi partladılıb

Yəmənin keçmiş prezidentinin ölkə paytaxtındakı evi partladılıb Partlayış zamanı onun evdə olub-olmadığı məlum deyil
Region
4 Dekabr , 2017 15:35
Yəmənin keçmiş prezidentinin ölkə paytaxtındakı evi partladılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin ölkə paytaxtı Sənadakı evi qiyamçı husi silahlıları tərəfindən partladılıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış zamanı onun evdə olub-olmadığı məlum deyil.

Məlumata görə, keçmiş dövlət başçısının tərəfdarları ilə husilər arasında atışma son həftədə yenidən şiddətlənib.

Ötən gün Ə.A.Saleh husilərlə müttəfiq əlaqələrinin rəsmən pozulduğunu bildirib: "Sənanın döyüş meydanında həlledici məqam yetişdi...Ölkə husilərin ağılsızlıqlarından xilas olmalıdır". 

Keçmiş prezident öz qərarını qruplaşmanın Yəmən vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətləri ilə izah edib: "Onlar öz tamahkar məqsədləri üçün ölkəni aclığa düçar ediblər və İranın siyasi sifarişlərini rəhbər tuturlar".

Son xəbərlər

Orphus sistemi