​Yəməndən çıxarılan azərbaycanlılar bu gecə Moskvaya gətiriləcək

​Yəməndən çıxarılan azərbaycanlılar bu gecə Moskvaya gətiriləcək Onları gətirəcək təyyarə Cibutiyə yola düşüb
Region
12 Aprel , 2015 20:40
​Yəməndən çıxarılan azərbaycanlılar bu gecə Moskvaya gətiriləcək

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Rusiyanın "TU-154" xüsusi təyyarəsi Yəməndən təxliyə edilən Rusiya və başqa ölkə vətəndaşlarını Moskvaya gətirmək üçün Qahirədən Cibutiyə yola düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bazar ertəsi axşam təyyarənin yanacaq doldurmaq üçün Misirə qayıdacağı, daha sonra isə Moskva istiqamətində kurs götürəcəyi gözlənilir.

Ötən gün Rusiya Hərbi Dəniz Qüvvələrinin "Priazovye" gəmisi Yəmənin hərbi əməliyyatların getdiyi cənub şəhəri Ədəndən beşi Azərbaycan vətəndaşı olmaqla 19 ölkəyə məxsus 308 nəfəri təxliyə edib.

Təxliyə edilənlər arasında 45 Rusiya, 18 ABŞ, 5 Azərbaycan, 5 Böyük Britaniya, 1 Bolqarıstan, 6 Estoniya, 14 Ukrayna, 9 Belarus, 3 Türkmənistan, 8 Özbəkistan, 1 Bəhreyn, 5 Cibuti, 159 Yəmən, 1 Somali, 3 Fələstin, 13 İordaniya, 9 Kuba, 2 Misir və 1 Səudiyyə Ərəbistanı vətəndaşı var.

Son xəbərlər

Orphus sistemi