Yuxarı

Yəməndə Ədən valisi hücuma məruz qalıb

Naməlum şəxslər məmurun içərisində əyalətin təhlükəsizlik rəisi də olan kortejini atəşə tutub

Bakı. 16 fevral. REPORT.AZ/ Yəmənin cənubunda Ədən şəhərinin valisinə hücum edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" televiziya kanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər məmurun içərisində əyalətin təhlükəsizlik rəisi də olan kortejini atəşə tutub.

Liman şəhərinin əl-Mansura kvartalında baş verən hücum nəticəsində vali İdrus əz-Zubeydi və onu müşahidə edənlər xəsarət almayıb. Sonradan yaranmış silahlı qarşıdurmada hücum edənlərin bir neçəsi öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi