Yəmən prezidenti: İranın təsir dairəsinin artmasına imkan vermirik

Yəmən prezidenti: İranın təsir dairəsinin artmasına imkan vermirik "Tehran bölgədə "dördüncü paytaxta" nəzarət etməməlidir"
Region
30 Avqust , 2015 04:10
Yəmən prezidenti: İranın təsir dairəsinin artmasına imkan vermirik

Bakı. 30 avqust. REPORT.AZ/ Yəməndə husi-şiə üsyançıları və onları dəstəkləyən ordu hissələrinə qarşı aparılan mübarizə İranın regionda təsir dairəsinin genişləməsinə imkan vermir. "Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu fikri Yəmənin legitim prezidenti Əbd-Rəbbo Mənsur Hadi səsləndirib.

Onun sözlərinə görə, hazırda Yəmən tarixinin çətin dövrünü yaşayır.

"İraq, Suriya və Livanda baş verənlərin təkrarını Yəməndə görmək istəmirik. Tehran bölgədə "dördüncü paytaxta" nəzarət etməməlidir", - deyən Hadi, qeyd edib ki hazırda döyüşlər Yəmənin bir neçə bölgəsində davam edir.

Son xəbərlər

Orphus sistemi