Yeddi ermənini öldürən Rusiya əsgərinin məhkəməsi başlayır

Yeddi ermənini öldürən Rusiya əsgərinin məhkəməsi başlayır Məhkəmə Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında açıq-səyyari formada keçiriləcək
Region
12 Avqust , 2015 09:46
Yeddi ermənini öldürən Rusiya əsgərinin məhkəməsi başlayır

Bakı. 12 avqust . REPORT.AZ/ Bu gün Rusiyanın 5-ci Hərbi-Qarnizon Məhkəməsi müddətli əsgər Valeri Permyakovu Gümrüdəki 102 saylı bazanın ərazisində mühakimə edəcək.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda məhkəmə məlumat yayıb.

Məhkəmədən bildirilib ki, Rusiyanın Ermənistandakı hərbi bazasında (Gümrüdəki 102 saylı hərbi baza) açıq səyyari məhkəmə keçiriləcək.

Məlumata görə, rusiyalı hərbçiyə qarşı silahı götürüb hərbi hissədən qaçma-fərarilik, oğurluq və qanunsuz odlu silah-sursat daşımaq maddələri əsasında ittiham irəli sürülüb: "İlkin istintaq orqanları müəyyən edib ki, bu il yanvarın 12-də Valeri Permyakov hərbi xidmətdən yayınaraq, silah və sursatla özbaşına xidmət etdiyi yeri tərk edib".

Xatırladaq ki, Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünün qətlində şübhəli bilinir və bu fakt üzrə Ermənistanın İstintaq Komitəsi ayrıca cinayət işi açıb. Bu işə Ermənistan Məhkəməsində baxılacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi