Bakı. 9 oktyabr. REPORT.AZ/ Yaponiyanın xarici işlər naziri Fumio Kisida oktyabrın 11-də İrana və Qətərə səfər edəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Yaponiyanın
Səfər zamanı F.Kisidanı ölkəsinin 20 şirkətinin təmsilçisi müşayiət edəcək.
Səfər çərçivəsində ölkələr arasında neft, təbii qaz və infrastruktur sahələri üzrə müzakirələrin aparılacağı gözlənilir.
Xəbərdə bildirilib ki, F.Kisidanın Qətərdə regional təhlükəsizlik və ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə edəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, Qətər Yaponiyaya təbii qaz tədarük edən ölkələr arasında ikinci, neft göndərənlərin sırasında isə 3-cü yerdədir.