Yaponiyanın baş naziri 40 ildən sonra ilk dəfə İrana səfər edəcək

Yaponiyanın baş naziri 40 ildən sonra ilk dəfə İrana səfər edəcək İran rəsmisi Yaponiyanın hökumət başçısını ölkəsinə dəvət edib və bu təklif qəbul olunub
Region
20 Sentyabr , 2017 14:26
Yaponiyanın baş naziri 40 ildən sonra ilk dəfə İrana səfər edəcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe yaxın zamanda Tehrana gedəcək.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani onu ölkəsinə dəvət edib.

Həsən Ruhani ilə Sindzo Abe arasında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində görüş olub. Bu görüşdə İran rəsmisi Yaponiyanın hökumət başçısını ölkəsinə dəvət edib və bu təklif qəbul olunub.

Məlumata görə, son 40 ildə Yaponiyanın baş naziri ilk dəfə İrana səfər edəcək. Səfərin tarixi haqqında məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi