Yuxarı
    Bağlamaq

    Yaponiya hökuməti terrorçu PKK-ya qoşulan yaponu vətəndaşlıqdan çıxarıb

    hökumət bu addımı həmin şəxsin terrorçularla birlikdə videosu yayılandan sonra atıb

    Bakı. 23 iyun. REPORT.AZ/ Yaponiya hökuməti terrorçu PKK qruplaşmasının Suriyadkı qolu olan “PYD”yə qoşulan “Reşid Yaponiya” kod adlı yaponu vətəndaşlıqdan çıxarıb.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, hökumət bu addımı həmin şəxsin terrorçularla birlikdə videosu yayılandan sonra atıb.

    Məlumata görə, Almaniya, Hollandiya, Fransa və Avstriya başda olmaqla bir sıra Avropa dövlətləri terrorçu PKK və onun Suriyadakı qolları olan “YPG” və “PYD”yə havadar çıxır. Həmin ölkələrdə terrorçuların Türkiyəyə qarşı təbliğat aparmasına icazə verilir, onların başçılarını dövlət başçıları iqamətgahlarında qarşılayırlar. 

    İnformasiyaya əsasən, Fransanın keçmiş prezidenti Fransua Olland Yelisey sarayında terrorçu “PYD” başçıs Salih Müslimi qəbul edib. Türkiyən NATO-dakı müttəfiqi ABŞ isə İŞDİ-ə qarşı mübarizə adı altında “YPG” və “PYD”ni silahlandırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi