Avropa Məhkəməsi Viktor Yanukoviç və komandasına tətbiq etdiyi sanksiyanı ləğv edib

Avropa Məhkəməsi Viktor Yanukoviç və komandasına tətbiq etdiyi sanksiyanı ləğv edib Avropa İttifaqı Məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və komandasına tətbiq etdiyi sanksiyanı ləğv edib.
Region
11 İyul , 2019 17:57
Avropa Məhkəməsi Viktor Yanukoviç və komandasına tətbiq etdiyi sanksiyanı ləğv edib

Avropa İttifaqı Məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və komandasına tətbiq etdiyi sanksiyanı ləğv edib.

“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin Mətbuat xidməti bildirib.

Qeyd olunub ki, qərar 2016-2018-ci illərdə tətbiq edilən məhdudiyyətlərə aid edilir.

Bu siyahıya Ukraynanın keçmiş vergilər və gəlirlər naziri Aleksandr Klimenko, Milli Bankın keçmiş başçısı Sergey Arbuzov, keçmiş baş prokuror Viktor Pşonka və oğlu Artyom, Yanukoviçin prezidentliyi dövründə administrasiyanın başçısı Andrey Klyuev, eləcə də keçmiş prezidentin oğlu Aleksandr Yanukoviç daxildir.

Xatırladaq ki, V.Yanukoviç 2010-2014-cü illərdə Ukraynanın prezidenti olub. 2014-cü ildə etiraz aksiyalarının tələbi ilə istefa verib. Ukraynada ona qarşı bir neçə məsələ üzrə cinayət işi başlayıb. 

Son xəbərlər

Orphus sistemi