Yanğınsöndürən maşın Domodedovo hava limanı yaxınlığında piyadaları vurub, bir nəfər ölüb

Yanğınsöndürən maşın Domodedovo hava limanı yaxınlığında piyadaları vurub, bir nəfər ölüb Maşın ümumilikdə səkkiz nəfəri vurub
Region
30 Mart , 2017 12:45
Yanğınsöndürən maşın Domodedovo hava limanı yaxınlığında piyadaları vurub, bir nəfər ölüb
РИА Новости

Bakı. 30 mart. REPORT.AZ/ Yanğınsöndürən maşın Moskvada Domodedovo hava limanı yaxınlığında bir neçə piyadanı vurub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Avtomobil Domodedovo hava limanına məxsusdur. Maşın ümumilikdə səkkiz nəfəri vurub. Zərərçəkənlərdən dördü xəstəxanaya çatdırılıb.

İlkin məlumatlara görə, yanğınsöndürən maşınının sürücüsündə qəfil hipertonik böhran (arterial təzyiqin həddən çox yüksəlməsi - red.) baş verib.

Son xəbərlər

Orphus sistemi