Yohannes Han: "Gürcüstan oktyabradək Aİ ilə vizasız rejimə keçəcək"

Yohannes Han: "Gürcüstan oktyabradək Aİ ilə vizasız rejimə keçəcək" Aİ komissarı Batumidə "Gürcüstanın Avropa yolu - sabitlik, inkişaf və müxtəliflik" beynəlxalq konfransında çıxış edib
Region
14 İyul , 2016 12:15
Yohannes Han: Gürcüstan oktyabradək Aİ ilə vizasız rejimə keçəcək

Bakı. 14 iyul. REPORT.AZ/ "Gürcüstan vətəndaşlarına Avropa İttifaqı ölkələrinə gediş zamanı vizasız rejiminin tətbiqi prosesi bu ilin oktyabr ayına qədər başa çatacaq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Batumidə keçirilən "Gürcüstanın Avropa yolu - sabitlik, inkişaf və müxtəliflik" beynəlxalq konfransında çıxışı zamanı deyib.

Xatırladaq ki, Avropa Komissiyası ötən il dekabrın 18-də Aİ Şurasına Gürcüstan və Ukrayna ilə vizasız rejiminin tətbiqinin mümkünlüyünün təcili şəkildə yoxlanılmasını məsləhət görmüşdü.

Son xəbərlər

Orphus sistemi