“Yabloka” Rusiyanın hərbi münaqişələrdən çıxmasını tələb edir

“Yabloka” Rusiyanın hərbi münaqişələrdən çıxmasını tələb edir Partiya ölkənin 50 şəhərində imzatoplama kampaniyasına başlayıb
Region
19 İyun , 2017 20:41
“Yabloka” Rusiyanın hərbi münaqişələrdən çıxmasını tələb edir

Bakı. 19 iyun. REPORT.AZ/ “Yabloka” Partiyasının lideri Qriqori Yavlinski Rusiyanın bütün hərbi münaqişələrdən çıxması haqqında imzatoplama kampaniyasına başlanıldığını elan edib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu partiyanın mətbuat katibi İqor Yakovlev bildirib.

Aksiya prezident seçkisiqabağı təbliğat kampaniyası çərçivəsində aparılır: “Yabloka” Partiyası Rusiyanın 50 şəhərində imzatoplama kampaniyasına başlayıb. “Bu aksiya federal vəsaitin xarici siyasi ambisiyalara və avantüralara, o cümlədən Suriya müharibəsinə ayrılmasının dayandırlmasını tələb edir”.

Xatırladaq ki, gələn il martın 18-də Rusiyada prezident seçkisi keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi