Xruşovun nəvəsi qatarın altında qalaraq ölüb

Xruşovun nəvəsi qatarın altında qalaraq ölüb Hadisə səhər saatlarında Moskvada baş verib
Region
9 İyun , 2017 01:44
Xruşovun nəvəsi qatarın altında qalaraq ölüb
Ren.tv

Bakı. 9 iyun. REPORT.AZ/ Moskvada Nikita Xruşovun nəvəsi elektrik qatarının altında qalaraq faciəvi şəkildə ölüb.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, 77 yaşlı Yuliya Xruşova səhər saatlarında "Miçurinets" platformasında Vnukovo-Moskva qatarının altında qalıb.

İlkin məlumatlara görə, qadın aldığı xəsarətlərdən yerində ölüb.

Nikita Xruşov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi olub.

Son xəbərlər

Orphus sistemi