​Xorvatiya prezidenti İranda rəsmi səfərdədir

​Xorvatiya prezidenti İranda rəsmi səfərdədir Kolinda Qrabar-Kitaroviç İslam Respublikasının qaydalarına uyğun olaraq başını yaylıqla bağlayıb
Region
18 May , 2016 14:46
​Xorvatiya prezidenti İranda rəsmi səfərdədir

Bakı. 18 may. REPORT.AZ/ Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç İranda səfərdədir.

"Report" xəbər verir ki, bu haqda "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, İran prezidenti Həsən Ruhani xorvatiyalı həmkarı xanım Kolinda Qrabar-Kitaroviçi Sadabad sarayında rəsmi mərasimlə qarşılayıb.

Kolinda Qrabar-Kitaroviç İslam Respublikasının qaydalarına uyğun olaraq başını yaylıqla bağlayıb. 

Səfər çərçivəsində Kolinda Qrabar-Kitaroviçin İslam Respublikasının rəsmiləri ilə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsini, dünya, o cümlədən bölgədəki vəziyyəti müzakirə edəcəyi gözlənilir. Xorvatiya prezidentini iqtisadiyyat sahəsi üzrə məsul şəxslər və iş adamları müşayiət edir. 

Son xəbərlər

Orphus sistemi