Xomeyninin ehramında İran prezidenti etirazla qarşılanıb

Xomeyninin ehramında İran prezidenti etirazla qarşılanıb Fəhlələr “Bu gün əza günüdür!”, “Bu gün fəhlənin həyatının yaman günüdür!” şüarlarını səsləndiriblər
Region
1 May , 2017 20:24
Xomeyninin ehramında İran prezidenti etirazla qarşılanıb

Bakı. 1 may. REPORT.AZ/ İran Pezidenti Həsən Ruhani mayın 1-də ayətullah Xomeyninin ehramında keçirilən tədbirdə etirazla qarşılanıb.

“Report” xəbər verir ki, bu məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, Həsən Ruhani tədbirdə çıxış edərəkən, fəhlələr tərəfindən sərt etirazla qarşılanıb. Belə ki, fəhlələr “Bu gün əza günüdür!”, “Bu gün fəhlənin həyatının yaman günüdür!” şüarlarını səsləndirərək, bütün bunlara görə Prezident Həsən Ruhani hökumətinin məsuliyyət daşıdığını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi