​Xocalı soyqırımının şahidi olmuş uşaqlar Türkiyəyə dəvət edilib

​Xocalı soyqırımının şahidi olmuş uşaqlar Türkiyəyə dəvət edilib Onlar Cəmilə Sultan qoruğunda keçiriləcək şənliyə də qatılacaqlar
Region
21 Aprel , 2015 15:25
​Xocalı soyqırımının şahidi olmuş uşaqlar Türkiyəyə dəvət edilib

Bakı. 21 aprel. REPORT.AZ/ İstanbul Ticarət Odası Xocalı soyqırımının şahidi olmuş o vaxtkı uşaqları aprelin 24-də qəbul edəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbirdə 1992-ci il fevralın 26-da Xocalıda baş verən soyqırımı nəticəsində ata və analarını itirmiş körpə və uşaqlar - indiki gənclər İstanbulda qonaq olacaq.

Onlar deputatlar və jurnalistlərlə birlikdə İstanbul Ticarət Odasının Kandillidəki Cəmilə Sultan qoruğunda təşkil ediləcək uşaq şənliyinə də qatılacaq. 

Son xəbərlər

Orphus sistemi