XİN: Türkiyə-ABŞ danışıqları təxirə salınıb

XİN: Türkiyə-ABŞ danışıqları təxirə salınıb Bakı. 15 mart. REPORT.AZ/ “Martın 19-da Vaşinqtonda keçirilməsi nəzərdə tutulan toplantı təxirə salınıb”.
Region
15 Mart , 2018 10:47
XİN: Türkiyə-ABŞ danışıqları təxirə salınıb

Bakı. 15 mart. REPORT.AZ/ “Martın 19-da Vaşinqtonda keçirilməsi nəzərdə tutulan toplantı təxirə salınıb”.

“Report” NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Suriyanın Membic əyaləti ilə bağlı Ankara-Vaşinqton danışıqlarına dair sualı cavablandırarkən deyib.

Lakin o, iki ölkə rəsmilərinin görüşünün nə vaxt baş tutacağına aydınlıq gətirməyib. 

Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüşün keçirilməsi planlaşdırılmışdı. Ancaq martın 13-də R.Tillersonun tutduğu vəzifədən azad edilməsi bu görüşün keçirilməsi ilə bağlı problem yaradıb. 

Xatırladaq ki, Mayk Pompeo ABŞ-ın yeni dövlət katibi təyin edilib.

Son xəbərlər

Orphus sistemi