XİN rəhbəri: İran terrorizmlə mübarizədə İraq və Suriyanı dəstəkləyir

XİN rəhbəri: İran terrorizmlə mübarizədə İraq və Suriyanı dəstəkləyir "Suriya münaqişəsinin həlli siyasi yolla, üçüncü tərəflərin müdaxiləsi olmadan tapılmalıdır"
Region
8 Dekabr , 2014 15:16
XİN rəhbəri: İran terrorizmlə mübarizədə İraq və Suriyanı dəstəkləyir

Bakı. 8 dekabr. REPORT.AZ/ "Suriya münaqişəsinin həlli siyasi yolla, üçüncü tərəflərin müdaxiləsi olmadan tapılmalıdır".

"Report" "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda suriyalı həmkarı Vəlid əl-Muallimlə birgə mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Suriya və İraqda münaqişələr yalnız region üçün deyil, həm də bütün dünya üçün böyük təhlükədir: "İran terrorizmlə mübarizədə İraq və Suriyanı dəstəkləyir. İraq və Suriyanın bu məsələdə əməkdaşlığı səmərəli ola bilər". 

V.Muallim də öz növbəsində İran tərəfini Suriyaya göstərdiyi dəstəyə görə təşəkkür edib.  

Son xəbərlər

Orphus sistemi