Yuxarı

XİN rəhbəri: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil"

​XİN rəhbəri: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil"

İran ABŞ ilə danışıqlarda maraqlı deyil, bunun üçün əsaslar olmalıdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Finlandiyada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Biz (nüvə proqramına dair razılaşmadan - red.) imtina etmirik. Bu ideal bir razılaşma idi, çünki yaxşı bir razılaşmanın əlaməti, onun heç kimi tam qane etməməsindən ibarətdir. Müqavilə o zaman pis olacaq ki, tərəflərdən biri tamamilə razı qalsın", - deyə nazir bildirib.

Onun fikrincə, əvvəlki ABŞ hökumətinin əldə etdiyi razılaşmalara ölkənin yeni hakimiyyəti tərəfindən də əməl olunmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi