Yuxarı

XİN: Qazaxıstan Suriya üzrə danışıqların davam etdiriləcəyi təqdirdə bunun üçün platforma təmin edəcək

XİN: Qazaxıstan Suriya üzrə danışıqların davam etdiriləcəyi təqdirdə bunun üçün platforma təmin edəcək
XİN başçısının müavini: Danışıqların uğurlu alınması üçün yardım göstərməyə davam etməyə hazırıq

Bakı. 23 yanvar. REPORT.AZ/ Qazaxıstan Suriya üzrə beynəlxalq danışıqların davam etdiriləcəyi təqdirdə bunun üçün platforma təmin etməyə hazırdır.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.

"Vəzifəmizi bu danışıqları qəbul edən tərəf kimi qəbul edirik. Ehtiyac yaranacağı təqdirdə gələcək danışıqlar üçün də platforma təmin etməyə hazırıq. Qazaxıstan bu danışıqların zəmanətçisi deyil, biz bu danışıqları qəbul edən tərəfik. Ona görə də onların gələcəkdə davam etdirilib-etdirilməyəcəyi ilə bağlı qərar vermək ixtiyarımızda olan məsələ deyil. Biz sadəcə, danışıqların uğurlu alınması üçün yardım göstərməyə davam etməyə hazır olduğumuzu demək istəyirik", - deyə R.Vasilenko vurğulayıb.

O, indi Astana prosesinin iştirakçılarının eyni masada yerləşdirilməsi məsələsinin müzakirə olunduğunu qeyd edib.

R.Vasilenkonun sözlərinə görə, Qazaxıstan dividend dalınca qaçmır: "Qazaxıstan prezidentinin Rusiya və Türkiyə dövlət başçılarının təklifini aktiv və birmənalı şəkildə qəbul etməsinin əsas səbəbi altı ildir Suriyaya əzab verən qanlı müharibəyə son qoyulmasına töhfə vermək istəyidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi