Yuxarı

XİN başçısı: "Ukrayna MDB-dən çıxmaq imkanlarını götür-qoy edir"

Ukrayna hökuməti gələcəkdə bir çox sazişləri həll etməyə imkan verəcək işlər həyata keçirir

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Ukrayna hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq imkanlarını götür-qoy edir".

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Pavel Klimkin "112 Ukrayna" telekanalının efirində deyib.

P.Klimkinin sözlərinə görə, bununla yanaşı, Ukraynanın təqaüdlərin ödənilməsi və diplomların tanınması ilə bağlı bir neçə vacib sazişi var. "Ukrayna hökuməti gələcəkdə bir çox sazişləri həll etməyə imkan verəcək işlər həyata keçirir", - deyə XİN başçısı bildirib.

Nazir ukraynalı siyasətçilərin çoxunun Ukraynanın MDB-dən çıxmasının tərəfdarı olduğunu və özünün də onlar sırasında yer aldığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi