Yuxarı
    Bağlamaq

    Xəzəryanı ölkələr ticari-iqtisadi əməkdaşlıq haqqında saziş layihəsini müzakirə edir

    Aşqabadda Xəzəryanı ölkələrin səlahiyyətli nümayəndələrinin növbəti iclası işinə başlayıb

    Bakı. 25 aprel. REPORT.AZ/ Aşqabadda Xəzəryanı ölkələrin səlahiyyətli nümayəndələrinin növbəti iclası işinə başlayıb.

    "Report" "Turkmen Portal"a istinadən xəbər verir ki, iclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın profilli nazirlik və idarələrinin rəhbərləri və aparıcı mütəxəssisləri iştirak edirlər.

    Türkmənistanın Xarici İşlər Nazirliyi, İqtisadiyyat və İnkişaf Nazirliyi və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsi tərəfindən təşkil edilən görüşün əsas müzakirə mövzusu Xəzəryanı ölkələr arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Saziş layihəsinin təsdiq edilməsidir. Bu sənəd 2014-cü ildə Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun səsləndirdiyi təşəbbüsə uyğun olaraq, Türkmənistan tərəfindən hazırlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi