Yuxarı

​Xəzəryanı ölkələr kollektiv təhlükəsizlik sistemi yaradacaq

Rusiyada bu ölkələrin HDQ Komitəsinin yaradılması müzakirə olunub

Bakı. 6 aprel. REPORT.AZ/ Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandanlıqlarının nümayəndələri Sankt-Peterburqda Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsini müzakirə ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi Dəniz Donanması (HHD) üzrə mətbuat xidməti və informasiya İdarəsinin nümayəndəsi, birinci dərəcəli kapitan İqor Dıqalo bildirib.

"Sankt-Peterburqda Rusiya HDD Baş Komandanlığı rəhbərinin vəzifələrinin icraçısı admiral Vladimir Korolyevin Xəzəryanı dövlətlərin HDQ nümayəndələri ilə Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi üzrə işgüzar görüşü olub", — deyə o əlavə edib.

Məlumata görə, Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələri Komandanlıqları Komitəsinin yaradılması müzakirə olunub ki, bu da gələcəkdə birgə təlimlərin keçirilməsi, naviqasiya-hidroqrafikanın təmin edilməsi, həmçinin qanunsuz miqrasiya, silah və narkotik nəqli, eləcə də qaçaqmalçılığın qarşısının alınması üçün Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi istiqamətində platforma rolunu oynayacaq.

Artıq ikinci dəfədir keçirilən görüş zamanı qeyd olunub ki, bu orqanın yaradılması Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin formalaşdırılması üzrə mühüm əməli addım olacaq.

Xəzəryanı dövlətlərin HDQ nümayəndələrinin Sankt-Peterburqa səfəri aprelin 7-dək davam edəcək. Aprelin 6-da Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılması üzrə işçi görüşün nəticələri üzrə protokol imzalanması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi