​Xəzərin Dağıstana aid hissəsində itkin düşmüş 8 balıqçı xilas edilib - YENİLƏNİB

​Xəzərin Dağıstana aid hissəsində itkin düşmüş 8 balıqçı xilas edilib - YENİLƏNİB Onların axtarışına iki helikopter, iki gəmi, 31 şəxsi heyət cəlb olunmuşdu
Region
4 Yanvar , 2016 10:43
​Xəzərin Dağıstana aid hissəsində itkin düşmüş 8 balıqçı xilas edilib - YENİLƏNİB

Bakı. 4 yanvar. REPORT.AZ/ Xəzərin Dağıstana aid hissəsində itkin düşən balıqçılar xilas edilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Dağıstanın Fövqəladə Halar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

*** 10:00

Xəzərin Dağıstan ərazisində iki qayıqda olan 8 balıqçı itkin düşüb. Hazırda onların axtarışları davam etdirilir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Dağıstanın Fövqəladə Halar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km aralı Xəzərdə iki qayıqda 8 nəfər fəlakətlə üzləşib.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter, iki gəmi, 31 şəxsi heyət cəlb edilib.

Son xəbərlər

Orphus sistemi