Yuxarı

Xəzər dənizində yeni dərin liman inşa ediləcək

Xəzər dənizində yeni dərin liman inşa ediləcək
Baysultanov: Xəzər dənizində liman tikintisi zamanı prioritet Rusiya şirkətlərinə veriləcək

Bakı. 3 iyun. REPORT.AZ/ Xəzər dənizində yeni dərin liman inşa ediləcək. Dağıstanda Kaspiysk yaxınlığında yeni limanının tikintisi layihəsində iştirak etmək üçün investor seçimində, artıq xarici investorların layihəyə maraq göstərməsinə baxmayaraq, prioritet Rusiya şirkətlərinə veriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimali Qafqaz üzrə nazirinin birinci müavini, "Şimali Qafqaz İnkişaf Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri Odes Baysultanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, konsepsiya yaxın iki ay ərzində qəbul olunmalıdır.

Eyni zamanda, O.Baysultanov yeni limanın yaradılmasından sonra Mahaçqaladakı limanın da işləyəcəyini deyib: "Amma beynəlxalq status yeni tikilən limanda olacaq. Bütün yükdaşımalar oradan həyata keçiriləcək. Mahaçqala limanından isə əsasən daxili istiqamətlərdə sərnişin axını üçün istifadə olunması planlaşdırılır".

Nazirin birinci müavini bildirib ki, yeni limanın tikintisinə və mövcud limanların müasirləşdirilməsinə ehtiyac hazırda formalaşmaqda olan nəqliyyat və yük axınlarını daxil olmaq zərurəti ilə əsasılanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi