Xəzər dənizində yanan tankerin heyəti Həştərxana aprelin 28-də çatdırılacaq

Xəzər dənizində yanan tankerin heyəti Həştərxana aprelin 28-də çatdırılacaq Gecikmə əlverişsiz hava şəraitiylə bağlıdır
Region
27 Aprel , 2016 09:53
Xəzər dənizində yanan tankerin heyəti Həştərxana aprelin 28-də çatdırılacaq

Bakı. 27 aprel. REPORT.AZ/ Xəzər dənizində yanan "Palflot2" tankerinin heyəti Həştərxana aprel 28-də çatdırılacaq. Gecikmə əlverişsiz hava şəraitiylə bağlıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Həştərxan dəniz xilasetmə-koordinasiya mərkəzindən məlumat verilib.

Qeyd edək ki, "Palflot 2" tankerində yanğın olmasıyla bağlı məlumat aprelin 23-də səhər saatlarında yayılıb. Rusiya gəmisi Xəzər dənizində Türkmənistan ərazi sularında sahildən 110 km, Həştərxandan isə 800 km məsafədə yanmağa başlayıb. Neft məhsullarının olmadığı gəmidə 11 ekipaj üzvü olub. Yanğın nəticəsində bir mexanik həyatını itirib, digər 10 heyət üzvü isə təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi